Hesablama Palatası iki milyard manatdan çox təhriflər aşkar edib

Hesablama Palatası iki milyard manatdan çox təhriflər aşkar edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hesablama Palatası, #İqtisadi siyasət, #Milli Məclis, #sənaye və sahibkarlıq komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Hesablama Palatası 2024-cü ilin iş planına uyğun olaraq keçirilmiş kənar dövlət maliyyə nəzarəti üzrə tədbirlərlə maliyyə hesabatlarıyla bağlı iki milyard 66.2 mln. manat məbləğində təhriflər aşkar edilib.

presstvaz xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.

Maliyyə təhrifləri üzrə 2066.2 milyon manatın 1734.2 milyon manatı auditlər (NMR üzrə İdarə də daxil olmaqla) üzrə, 332 milyon manatı isə analitik fəaliyyət üzrə aşkarlanmış təhriflərdən ibarətdir.

Keçirilmiş auditlərlə maliyyə elementləri üzrə aşkarlanmış təhriflər ümumiləşdirilməklə iki istiqamətdə qruplaşdırılıb. Əhəmiyyətli təhriflər qrupuna maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi kimi təhriflər 807.3 milyon manat, maliyyə hesabatlarında digər qrupa aid edilən təhriflər 907.9 milyon manat təşkil edib. Bundan əlavə, Naxçıvan MR üzrə idarə tərəfindən müəyyən edilmiş təhriflərin məbləği 19 milyon manat olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv