Qubada torpaq sürüşməsi baş verən ərazidə vəziyyət necədir?

Qubada torpaq sürüşməsi baş verən ərazidə vəziyyət necədir?






presstv

"Presstv"az #Ailə, #Hakim, #Nazirlər Kabineti, #Orta məktəb, #Quba, #Təhsil, #Torpaq sürüşməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qubanın Güləzi kəndində baş vermiş torpaq sürüşməsi böyük bir sahəni əhatə etmir. Uzunluğu 60, eni 25 metr olan sahədə 2010-cu ildə baş vermiş torpaq sürüşməsi aktivləşib və məktəb yolu bağlanıb.

presstvaz Bizim.Media-ya istinadən xəbər verir ki, bu məlumatı Quba Rayon İcra Hakimiyyətinin başçısının Güləzi kəndi üzrə nümayəndəsi Səbuhi Cəfərov verib.

Onun sözlərinə görə, artıq məktəb yolu Qubadakı 11 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin əməkdaşları tərəfindən təmizlənərək tam bərpa edilib.

Qeyd edək ki, seysmik zona olan Güləzi kəndində 15 il əvvəl baş vermiş güclü torpaq sürüşməsindən sonra kənd köçürülüb.

Nazirlər Kabinetinin qərarı ilə 189 ailə üçün yeni yaşayış massivi salınıb. Kənd köçürülsə də, buradakı tam orta məktəb fəaliyyətini dayandırmayıb.

Şagird sayı azaldığından məktəb ümumi orta məktəbə çevrilib. Hazırda burada qonşu Xanəgah yolu və Dalaqo kəndlərindən gələn 26 şagird təhsil alır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv