Trampın keçdiyi tibbi müayinənin nəticələri açıqlandı: Sağlamdırmı?

Trampın keçdiyi tibbi müayinənin nəticələri açıqlandı: Sağlamdırmı?






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Həkim, #Jurnalistlər, #təyyarə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp keçdiyi tibbi müayinənin nəticələrini açıqlayıb.

presstvaz-ın “Gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə Tramp müayinədən sonra öz təyyarəsində jurnalistlərə açıqlamasında bəhs edib.

“Yaxşı ürək, yaxşı ruh. Çox yaxşı ürək”, – deyə o qeyd edib.

O, həmçinin koqnitiv testdən də keçdiyini və bütün suallara düzgün cavab verdiyini nəzərə çatdırıb.

“Mən Baydendən fərqlənmək istəyirdim və koqnitiv testdən keçdim”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, bu, onun prezidentin vəzifələrini yerinə yetirməyə fiziki və mənəvi hazırlığını təsdiqləyir.

“Həkimlər mənə həyat tərzi dəyişiklikləri ilə bağlı bəzi məsləhətlər verdilər”, – deyə o əlavə edib, lakin tövsiyələrin təfərrüatını açıqlamayıb.

Donald Tramp vurğulayıb ki, seçicilər prezidentin aydın düşünmək qabiliyyətinə arxayın olmaq istəyirlər.

“İnsanlar bilmək istəyirlər ki, onların prezidenti aydın düşünməyə qadirdir”, – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv