Məktəblər publik şəxsə çevriləndə nələr baş verəcək?..

Məktəblər publik şəxsə çevriləndə nələr baş verəcək?..






presstv

"Presstv"az #Azərbaycan, #Bələdiyyə, #Emin Əmrullayev, #Nazirlər Kabineti, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda məktəblərin publik hüquqi şəxə çevrilməsi prosesinə başlanılacaq. Məsələ ilə bağlı açıqlamanı elm və təhsil naziri Emin Əmrullayev verib.

O deyib ki, hazırda məktəblər Regional Təhsil idarələrinin tabeliyində fəaliyyət göstərir: "Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir".

Nazirin sözlərinə görə, sözügedən məsələ pilot qaydada həyata keçiriləcək.

Qeyd edək ki, prosesin başlanğıcı 2024-cü ilin iyun ayında qoyulub. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə "Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiqlənib.

Təhsil eksperti Rizvan Fikrətoğlu Modern.az-a deyib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Nümunəvi Nizamnamə"yə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxs hesab olunacaq.

"Bu o deməkdir ki, məktəblər dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alacaq. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə gətirib çıxaracaq. Onlar publik hüquqi şəxs kimi dərnəklər, məşğələlər təşkil edə, innovativ fəaliyyətlə, sahibkarlıq işi ilə məşğul olmaq imkanları əldə edə bilərlər".

Ekspert bildirib ki, məktəblərin publik hüquqi şəxə çevrilməsi onlar arasında rəqabəti artıra bilər:

"Məktəblər büdcələrini idarə etmək və daha yaxşı nəticələr əldə etmək üçün yeniliklər tətbiq edə bilərlər. Həm də işçi heyəti zamanın innovativ tələblərinə uyğunlaşa biləcək. Ancaq digər tərəfdən bu rəqabətə başlamaq üçün məktəblərin bərabər şəraitdə olmasına və əhəmiyyətli maliyyə resurslarına sahib olmalarına ehtiyac duyulacaq. Əks halda, zəif maliyyələşən məktəblər rəqabətə girə bilməyəcəklər və bu, təhsilin keyfiyyətini birbaşa təsir edəcək. Düşünürəm ki, bu proses heç də tez və asan başa gəlməyəcək. Bu, uzunmüddətli prosesdir, yaxın perspektivdə müsbət nələrsə vəd etmək çətindir. Publikləşmə ilk növbədə, pilot olaraq başladılmalıdır. Uğurlu olarsa, prosesin davamı olmalıdır. Burada müəllimlərin yüksək əmək haqqı vədi də var. Əsas məsələlərdən biri də düzgün sistemin qurulmasıdır".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv