Zelenski: Ukraynanın 10 “Patriot” HHM sistemnə ehtiyacı var

Zelenski: Ukraynanın 10 “Patriot” HHM sistemnə ehtiyacı var






presstv

"Presstv"az #ABŞ, #Ballistik raket, #Müharibə, #Odessa, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynanın 10 ədəd "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminə ehtiyacı var.

presstvaz report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiəsi üzrə təmas qrupunun ("Ramştayn" formatı) 27-ci iclasının iştirakçılarına müraciətində bildirib.

"Bu gün sizinlə Krivoy Roqdan danışıram. Bu şəhər demək olar daimi hava hücumu həyəcanı siqnalı ilə yaşayır – pilotsuz uçuş aparatları və ya Rusiya raketlərinə görə. Ən təhlükəli təhdid ballistik raketlərdir… Bizim insanlarımız, uşaqlarımız bir çox şəhərlərdə və kəndlərdə hücuma məruz qalır. Dnepr, Krivoy Roq, Nikopol, Poltava, Nikolayev, Zaporojye, Sumı, Xarkov, Odessa, Çerniqov və bir çox başqa şəhərlər. Onların hamısının Rusiya raketlərindən müdafiə olunmağa ehtiyacları var. Bilirsiniz ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı çatışmazlığı var. Və bilirsiniz ki, "Patriot" sistemi ballistic təhdiddən effektiv qorunma təmin edə bilər", – o deyib.

Dünya liderlərinə müraciət edən Zelenski vurğulayıb ki, Ukrayna müxtəlif şəhərlərə ən azı müvəqqəti mühafizə təmin etmək üçün mövcud sistemləri ölkə daxilində hərəkət etdirməyə, daşımağa məcburdur.

O, liderlərdən ilk növbədə Ukraynanın hava hücumundan müdafiəsinə diqqət yetirməyi xahiş edib.

"On "Patriot" sistemi – azad dünyada bunlar var. İndi onların sülhün xeyrinə işlədilməsi üçün siyasi qərarlar lazımdır. Bizə nəticə lazımdır", – dövlət başçısı vurğulayıb.

Prezident həmçinin xatırladıb ki, bu gün Rusiyanın ABŞ-nin tam və qeyd-şərtsiz atəşkəs təklifini rədd etməsindən düz bir ay keçir və müharibənin yeganə səbəbkarının Rusiya Federasiyası olduğu tamamilə aydındır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv