Ən çox yeyilən balıqlardan olan bu növ yoxa çıxa bilər

Ən çox yeyilən balıqlardan olan bu növ yoxa çıxa bilər






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #Norveç

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Buna qədər ekoloji baxımdan dayanıqlı hesab olunan Atlantik skumbriya ciddi təhlükə qarşısında qalıb. Ekspertlər əmin edirlər ki, həddən artıq tutulması ilə əlaqədar bu populyar balığın ehtiyatları kritik həddə çatıb.

Trend xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Dəniz Mühitinin Qorunması Cəmiyyətində (MCS) bildirirlər ki, 2009-cu ildən bəri bir sıra ölkələr – o cümlədən Norveç, İslandiya, Farer adaları və Böyük Britaniya – balıq ovuna dair tövsiyələri 5-80 faiz nisbətində pozurlar.

Son dörd il ərzində isə orta hesabla artıq ovlanma 39 faiz təşkil edib. MCS nümayəndəsi Elis Murun sözlərinə görə, hazırda balıq populyasiyasında sabit azalma müşahidə olunur.

Ekspert balıq ovuna məhdudiyyətlərin tətbiq olunmasını təklif edir. İnsanlara isə skumbriya əvəzinə siyənək və sardina yemək tövsiyə olunur. Restoranlara və supermarketlərə isə tor (balıq tutmaq üçün böyük tor şəklində alət) ilə tutulmuş skumbriyanın satışından imtina etmələri məsləhət görülür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv