Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib

Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib






presstv

"Presstv"az #Azərbaycan, #Leyla Əliyeva, #Mehriban Əliyeva, #Müharibə, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub.

presstvaz  xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

İclasda qurumun dünyada həyata keçirdiyi işlərdən bəhs edildi. Bildirildi ki, dünyanın 55 ölkəsində fəaliyyət göstərən Vəqfin məktəblərində 70 minə yaxın şagird təhsil alır.

Panel iclasda hazırkı dövrdə təhsilin inkişafının vacibliyindən geniş danışıldı.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək müharibələrin çoxaldığı bir dövrdə təhsilin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkdi. Bildirdi ki, təhsil bu gün sosial iştirak və davamlı inkişaf üçün hər zaman olduğundan daha çox vacibdir.

Sonra Türkiyə Maarif Vəqfinin Kot-d’İvuar Respublikasındakı məktəbinin şagirdləri müxtəlif dillərdə mahnılar oxudular.\azərtac/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv