Azərbaycan və Rusiya XİN başçıları hansı məsələləri müzakirə etdilər?

Azərbaycan və Rusiya XİN başçıları hansı məsələləri müzakirə etdilər?






presstv

"Presstv"az #Azərbaycan, #Ceyhun Bayramov, #DNT, #Rusiya, #Rusiya XİN, #Sergey Lavrov, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

12 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

presstvaz xəbər verir ki, görüş zamanı, Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələləri müzakirəsi baxımından ali və yüksək səviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

15:22

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov ikitərəfli və regional məsələləri müzakirə edib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri “X” sosial media hesabında yazıb.

“Biz siyasi dialoqumuzu davam etdirməyə, müxtəlif sektorlar üzrə əməkdaşlığı daha da gücləndirməyə sadiqik”, – deyə nazir bildirib.

14:59

Türkiyədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN başçısı Sergey Lavrov arasında görüş keçirilir.

presstvaz bu barədə Rusiya mediasına istinadən məlumat verir.

Görüş Antalya diplomatik forumu çərçivəsində həyata keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv