Boçorişvili: “Gürcüstan Ermənistan və Azərbaycanın həmişə güvənə biləcəyi ölkədir”

Boçorişvili: “Gürcüstan Ermənistan və Azərbaycanın həmişə güvənə biləcəyi ölkədir”






presstv

"Presstv"az #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Gürcüstan, #Maka Boçorişvili

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gürcüstan üçün dinc və təhlükəsiz Cənubi Qafqaz ən vacib prioritetdir”.

presstvaz “Report”a istinadla xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində bildirib.

“Regionumuz böyük potensiala malikdir. Və bu potensialdan tam istifadə etmək üçün regionumuzda həqiqətən davamlı və uzunmüddətli sülhə ehtiyacımız var. Buna görə də biz Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq. Mən həqiqətən hesab edirəm ki, bu, böyük nailiyyətdir”, – xarici işlər naziri qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan hər iki ölkə ilə möhkəm və mehriban qonşuluq münasibətlərinə malikdir.

“Azərbaycanla bizi onilliklər boyunca dostluğa və çox yaxşı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq bağlayır. Bu, regionda malik olduğumuz çox vacib aktivdir. Ermənistanla da ənənəvi olaraq çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər son vaxtlar strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da Gürcüstanın indiki vəziyyətdə malik olduğu çox vacib aktivdir.

Biz regionumuzda sülh və sabitliyin möhkəmləndirilməsində səmimi şəkildə maraqlıyıq. Məhz buna görə də həmişə deyirik ki, həm Ermənistan, həm də Azərbaycan regionumuzda dialoqa kömək etmək üçün bütün mümkün vasitələri təqdim etməyə hazır olan Gürcüstana güvənə bilər”, – o əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv