“Rembo: İlk qan” filminin rejissoru ÖLDÜ

“Rembo: İlk qan” filminin rejissoru ÖLDÜ






presstv

"Presstv"az #Ailə, #Aktyor, #Bolqarıstan, #Dollar, #İngiltərə, #Kanada, #Müharibə, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur “Rembo: İlk qan” (1982) filminin rejissoru Ted Kotçeff 94 yaşında vəfat edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Globe and Mail” nəşri yazıb.

Kotçeff 1931-ci ildə Torontoda Bolqarıstandan olan qaçqın ailəsində anadan olub. Kollecdən sonra gələcək rejissor Kanada Teleradioyayım korporasiyasında çalışıb, daha sonra İngiltərəyə köçüb və burada “ABC Weekend TV”də işləyib.

Onun məşhur Hollivud aktyoru Silvestr Stallonenin baş rolda oynadığı “Rembo: İlk qan” filmi 15 milyon dollarlıq büdcə ilə dünya üzrə 160.3 milyon dollar gəlir əldə edib. Vyetnam müharibəsi veteranı haqqında sonrakı filmlərin yaradılmasında Kotçeff iştirak etməyib.

Bundan əlavə, Kotçeffin “Daddi Kravitsin şagirdliyi” (1974) filmi kommersiya baxımından ingilis dilində ən uğurlu Kanada filmi olub və Kanadada 2.3 milyon dollar əldə edib. Film bir neçə “Oskar” mükafatına namizəd göstərilib və Berlin Film Festivalında “Qızıl ayı” mükafatını qazanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv