Monteneqro Aİ-yə can atır: Prezident ittifaqa qoşulma tarixini açıqladı

Monteneqro Aİ-yə can atır: Prezident ittifaqa qoşulma tarixini açıqladı






presstv

"Presstv"az #Avropa, #Münaqişə, #Serbiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Monteneqro 2029-cu ilə qədər Avropa İttifaqının (Aİ) 29-cu üzv dövləti olmağı planlaşdırır.

presstvaz “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Yakov Milatoviç Antalya Diplomatik Forumunda (ADF) bəyan edib.

Milatoviç bu hədəfi iddialı, lakin realist adlandırıb:

“Çünki Podqoritsa əmindir ki, xüsusilə Ukrayna münaqişəsindən sonra Aİ-nin genişlənməsinin Avropa qitəsinin təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu Avropa artıq çox aydın şəkildə dərk edib”.

O əlavə edib ki, Monteneqronun ittifaqa mümkün qoşulması tarixçəsi bütün digər namizəd ölkələr üçün rol modeli ola bilər.

Qeyd edək ki, Qərbi Balkanın beş ölkəsi – Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro və Serbiya Aİ-yə qoşulmaq üçün rəsmi namizəd statusuna malikdir.

Monteneqro Aİ-yə qoşulmaq üçün rəsmi ərizəsini 15 dekabr 2008-ci ildə təqdim edib. 2010-cu ildə o, “namizəd ölkə status” alıb. Beş il sonra ölkə həmçinin NATO-nun üzvü olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv