Kobaxidze: “Gürcüstanı 2022-ci ildə Ukraynadakı münaqişəyə qoşulmağa çağırırdılar”

Kobaxidze: “Gürcüstanı 2022-ci ildə Ukraynadakı münaqişəyə qoşulmağa çağırırdılar”






presstv

"Presstv"az #Gürcüstan, #Hakim, #İrakli Kobaxidze, #Münaqişə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gürcüstan 2022-ci ilin fevralında Rusiya ilə Ukrayna arasındakı münaqişəyə qoşulmaq üçün xarici ölkələrdən iki müraciət alıb”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.

“2022-ci ilin fevralında biz Rusiya və Ukrayna arasında hərbi münaqişəyə qoşulmaq üçün müraciət aldıq. Daha bir oxşar müraciət 2022-ci ilin fevral ayının sonunda gəldi. Gürcüstana münasibətdə çox kobud siyasi maraq var idi. Belə bir vəziyyətdə diplomatiya fayda verməyəcəkdi. Biz Gürcüstanın və dünyanın milli maraqlarının qorunması üçün intensiv siyasi mübarizəyə başlamalı olduq. Bu, hər hansı diplomatiya olmadan sadəcə siyasi mübarizə idi”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan və ölkə hakimiyyəti hələ də bu çağırışlarla üzləşirlər.

“Biz müxtəlif diplomatik üsullardan istifadə etməklə, bütün diqqətimizi sülh və xalqımızın rifahı üçün mübarizəyə yönəltmişik”, – deyə İrakli Kobaxidze əlavə edib.

Gürcüstan hökumətinin başçısı qeyd edib ki, sülhün bərqərar olmasını gözləmək lazımdır. Kobaxidze hesab edir ki, sülh bərqərar olan kimi diplomatiya yenidən kobud siyasi maraqlara qalib gəlməyə başlayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv