ABŞ-nin Qrenlandiyadakı hərbi bazasında qalmaqal: Etimadı itirən komandir işdən çıxarıldı

ABŞ-nin Qrenlandiyadakı hərbi bazasında qalmaqal: Etimadı itirən komandir işdən çıxarıldı






presstv

"Presstv"az #ABŞ, #Danimarka, #Qrenlandiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pentaqon ABŞ-nin Qrenlandiyanın şimalındakı Pituffik hərbi kosmik bazasının komandiri polkovnik Suzanna Meyersi vəzifəsindən azad edib, onun yerinə Şon Li təyin edilib.

presstvaz-ın məlumatına görə, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnellin “X”də dərc etdiyi mətbuat açıqlamasında deyilir.

Bildirilir ki, onun yerinə polkovnik Şon Li komandanlığı qəbul edib.

Parnelin paylaşımına military.com portalının məqaləsi bərkidilib. Məqalədə iddia olunur ki, Meyers ABŞ vitse-prezidenti Cey Di Vensin səfərindən bir neçə gün sonra Pituffikdəki əməkdaşlarına elektron məktub göndərib. Məktubda o, Vensin Danimarkanı və onun Qrenlandiyanı idarə etmək qabiliyyətini tənqid etməsini pisləyib.

“Mən cari siyasəti anladığımı iddia etmirəm, lakin bilirəm ki, ABŞ administrasiyasının narahatlıqları Pituffik kosmik bazasındakı vəziyyəti əks etdirmir”, – deyə elektron məktubda bildirilib.

Xatırladaq ki, Vens martın 28-də Pituffik bazasında bəyan edib ki, Kopenhagen adanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görmür. Danimarka Baş naziri Mette Frederiksen krallığa qarşı tənqidi ədalətsiz adlandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv