Sosial SORĞU: Az qala hamısının krediti var, gündəlik 8 saatdan çox sükanda olurlar

Sosial SORĞU: Az qala hamısının krediti var, gündəlik 8 saatdan çox sükanda olurlar






presstv

"Presstv"az #Ailə, #Avto, #avtobus, #avtomobillər, #Bakı, #Kredit borcu, #Nəqliyyat, #Siqaret, #Taksi fəaliyyəti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı ictimai müzakirələr fonunda Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında keçirilmiş sosioloji sorğu bir sıra mühüm nəticələri üzə çıxarıb.

presstvaz xəbər verir ki, bu barədə STM məlumat yayıb.

Bildirilib ki, sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti ilə məşğul olanların 54.6%-i 35 yaş və ondan aşağı yaş qrupuna, 27.5%-i 36-45 yaş qrupuna, 12.3%-i 46-55 yaş qrupuna, 5.7%-i 56-65 yaş qrupuna mənsubdur.

Başqa sözlə, taksi sürücülərinin əksəriyyəti gənc və ortayaşlı insanlardır.

Taksi sürücülərinin 69.0%-i son 5 ildir bu fəaliyyətlə məşğul olur. Həmçinin onların 54.9%-nin son 3 il ərzində taksi xidməti göstərməyə başlaması bu sahəyə yeni daxil olanların üstünlük təşkil etdiyini deməyə əsas verir. Taksi fəaliyyəti ilə məşğul olanların 19.0%-nin bu sahədə fəaliyyət müddəti 5 ildən 10 ilə qədər, 12.0%-nin 10 ildən yuxarıdır.

Taksi xidməti göstərənlərin əməkdaşlıq etdikləri şirkətlər arasında ilk üçlükdə “Bolt” (75.9%), “Uber” (49.2%) və “Yango” (16.9%) taksi aqreqatorları dayanır.

Taksi sürücülərinin 38.7%-i taksi fəaliyyəti ilə gündəlik orta hesabla 8 saat və ya ondan az, 22.6%-i 8-10 saat, 38.7%-i 10 saatdan çox məşğul olur. Başqa sözlə, taksi sürücülərinin yarıdan çoxu (61.3%-i) gündəlik orta hesabla 8 saatdan çox işləyir.

Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti onların 81.8%-nin əsas məşğulluq sahəsidir. Taksi sürücülərinin 17.7%-i taksi fəaliyyəti ilə əlavə iş kimi məşğul olduğunu bildirib, 0.5% bu barədə məlumat verməyib.

Taksi fəaliyyəti ilə əlavə iş kimi məşğul olanların 72.5%-i bu işlə gündəlik 8 saata qədər məşğul olur. Taksi fəaliyyətinin əsas işi olduğunu bildirənlərin 69.0%-i bu işlə gündəlik 8 saatdan çox məşğuldur.

Taksi fəaliyyəti ilə əsas iş kimi məşğul olan hər üç nəfərdən birinin (33.9%) avtomobildən icarə formasında istifadə etdiyi məlum olub.

Taksi fəaliyyəti ilə məşğul olanların 70.5%-i hazırda kredit borcunun olduğunu bildirib.

Sorğunun nəticələrinə görə, taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin 47.2%-i hibrid, 32.6%-i benzin, 0.8%-i qaz, 19.4%-i dizel mühərriklidir. Sorğu iştirakçıları arasında elektromobil istifadəçilərinə rast gəlinməyib.

Taksi fəaliyyəti ilə məşğul olanların 45.6%-i istifadə etdiyi avtomobilin şəxsi mülkiyyəti, 3.8%-i ailə üzvünə, yaxud yaxınına məxsus olduğunu bildirib. 20.0%-i avtomobilin lizinq, yaxud kreditdə olduğunu, 30.5%-i gündəlik, yaxud aylıq icarə formasında istifadə etdiyini qeyd edib.

Bakı və Abşeron sakinləri arasında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, vətəndaşların 77.7%-i avtobusdan, 75.3%-i taksidən, 59.7%-i metrodan, 6.2%-i şəhərətrafı dəmiryolundan, 4.4%-i digər nəqliyyat vasitələrindən istifadə edir. 10.7% ictimai nəqliyyatdan istifadə etmir.

Avtobus nəqliyyatının hazırkı vəziyyəti respondentlərin 57.7%-ni qane etmir. Bu göstərici metro xidmətləri üzrə 24.7%-ə, taksilər üzrə 22.9%-ə bərabərdir.

Bakı və Abşeronda yaşayan respondentlərin 9.3%-i taksi xidmətlərindən gündəlik olaraq, 30.7%-i həftədə bir neçə dəfə, 57.6%-i ayda bir neçə dəfə istifadə etdiyini bildirib.

Onların 65.2%-i taksi xidmətinə rahat və sürətli, 31.4%-i eyni zamanda ucuz və sərfəli olduğu üçün, 26.9%-i avtobusların vaxt intervalının gec olması, 21.4%-i avtobus və metrolardakı sıxlıq, 14.8%-i avtobus marşrut xətlərinin uyğun olmaması səbəbindən üstünlük verir.

Taksi xidmətlərindən istifadə edərkən, sərnişinlərin 41.0%-i taksi minik avtomobilinin vəziyyətinin qənaətbəxş olmaması, 36.9%-i sürücünün telefondan istifadə etməsi, 30.7% sürücünün siqaret çəkməsi, 22.4%-i sürücü mədəniyyətinin aşağı olması, 20.0%-i yol hərəkəti qaydalarını pozması, 20.0%-i yüksək səslə musiqi dinləməsi, 19.7%-i ödəniş qalığını qaytarmaması, 15.5%-i qeyri-etik davranışı halları ilə mütəmadi qarşılaşdığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv