Azərbaycanda ortaaylıq əmək haqqı 10 faizdən çox artıb

Azərbaycanda ortaaylıq əmək haqqı 10 faizdən çox artıb






presstv

"Presstv"az #Azərbaycan, #Dövlət Statistika Komitəsi, #Meşə, #Nəqliyyat, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10.2% artaraq 1 044 manat təşkil edib.

presstvaz Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində ortaaylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il martın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 758.8 min nəfər olub, onlardan 878.5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880.3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18.7%-i təhsil, 18.6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13.7%-i sənaye, 8.5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.5%-i tikinti, 6.4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2%-i nəqliyyat və anbar təsərrüfatı, 3.9%-i peşə, elmi və texniki fəaliyyət, 2.3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3%-i maliyyə və sığorta fəaliyyəti, 14.9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv