Vyetnam ABŞ-yə Çinlə əlaqədar vədlər verdi

Vyetnam ABŞ-yə Çinlə əlaqədar vədlər verdi






presstv

"Presstv"az #ABŞ, #Avto, #avtomobillər, #Çin, #Donald Tramp, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vyetnam Vaşinqtona öz ərazisi vasitəsilə ABŞ-yə ixrac edilən Çin mallarına nəzarəti gücləndirəcəyinə və Pekinlə ticarət qaydalarını daha da sərtləşdirəcəyinə söz verib.

presstvaz-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbələrə və redaksiyanın əldə etdiyi hökumət sənədinin layihəsinə istinadən xəbər verir.

Bildirilir ki, belə tədbirlər Hanoy tərəfindən Vaşinqtonun “Vyetnamda istehsal olunub” markası ilə Çin mallarının geniş miqyaslı tədarükü ilə bağlı narahatlığına cavab olaraq təklif edilib. Bu cür təcrübə Çindən gələn məhsullara ABŞ-nin yüksək idxal rüsumlarından yan keçməyə imkan verirdi.

Bundan əlavə, Vyetnam yarımkeçiricilər və peyk avadanlığı kimi ikili təyinatlı malların Çinə ixracına nəzarətin gücləndirilməsi haqqında qərar layihəsini təqdim edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. 10% həcmində universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal edilən avtomobillərə 25% həcmində gömrük rüsumları tətbiq edib. Tramp, həmçinin iqtisadi durumla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv