Castin Timberleyk ilk dəfə Bakıda çıxış edəcək

Castin Timberleyk ilk dəfə Bakıda çıxış edəcək






presstv

"Presstv"az #Aktyor, #Azərbaycan, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Castin Timberleyk “The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanda çıxış edəcək.

presstvaz xəbər verir ki, “iTicket Production” və “Dream Group International” şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcək tədbir 2025-ci il iyulun 27-də tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq.

Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Castin Timberleyk musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. O həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.

90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanan Timberleyk qısa zamanda solo karyerasına başlayaraq öz adını pop musiqisinin zirvəsinə yazdırıb. Həmin illərdə Castin ilk albomu “Justified” olan, daha sonra “FutureSex/LoveSounds” və “The 20/20 Experience” kimi albomlarla milyonlarla dinləyicini ələ almışdır.

Castinin uğurları təkcə musiqi ilə məhdudlaşmır. On “Grammy”, dörd “Emmy” və “Can”t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilmişdir. O həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış etmişdir.

Biletlər aprel 14-də saat 12:00-da rəsmi iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarında satışa çıxacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv