KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib

KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib






presstv

"Presstv"az #Azərbaycan, #Keniya, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Keniyaya səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndələri bir sıra görüşlər keçirib, Keniya iş adamlarının Azərbaycanın biznes və investisiya imkanları barədə suallarını cavablandırıblar.

presstvaz xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Dünya Palata Federasiyasının Afrika Sammitində (“WCF Africa 2025) iştirak etmək, eləcə də sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi məqsədilə Azərbaycanın Keniya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə KOBİA-nın nümayəndələri Nayrobi şəhərində səfərdə olub.

Dünyanın 70-ə yaxın ölkəsindən ticarət palatalarının təmsilçilərinin və iş adamlarının qatıldığı tədbirdə KOBİA nümayəndələri aidiyyəti qurum və təşkilatlarla fikir və təcrübə mübadiləsi aparıblar.

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Keniyanın İxracın Təşviqi və Brendinq Agentliyinin (KEPROBA) baş direktoru Floys Mukabana, Keniya Milli Ticarət və Sənaye Palatasının (KNCCI) baş direktoru Ahmed Farah və vitse-prezidenti Mustafa Ramadhan, kooperativlər və mikro, kiçik və orta müəssisələrin inkişafı naziri Vycklif Oparanya, eləcə də Dubay Ticarət Palatasının vitse-prezidenti Hasan Əl Haşemi, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov ilə görüşlər keçirib. Görüşlərdə Keniya ilə ticarət əlaqələrinin inkişaf perspektivləri və bu sahədə KOB-ların iştirakı, sahibkarlar arasında əməkdaşlıq, biznesə dəstək və xidmət göstərən strukturlar arasında münasibətlərin qurulması, sahibkarlıq sahəsində təcrübə mübadiləsi, biznes imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

KOBİA nümayəndələri Azərbaycanda biznes fəaliyyətinə və investisiya qoyuluşuna maraq göstərən Keniya iş adamları ilə də görüşüblər. Görüşdə KOBİA tərəfindən ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlar, güzəştlər, biznes fəaliyyəti və sərmayə qoyuluşu üçün prioritet sektorlar, agentliyin Azərbaycanda biznes fəaliyyətinə və sərmayə qoyuluşuna maraq göstərən xarici iş adamlarına göstərə biləcəyi dəstək barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin səfər zamanı KOBİA nümayəndələri Azərbaycanın Keniyadakı səfirliyində olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv