Xronika: “Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur”

Xronika: “Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur”






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Azərbaycan, #Bakı, #Deportasiya, #Dollar, #Ermənistan, #Fransa, #Hakim, #İlham Əliyev, #İrəvan, #İsrail, #London, #Müharibə, #Nikol Paşinyan, #Tehran, #Türkiyə, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “2025-ci ildə nikolizm qalsa, Ermənistandan heç nə qalmayacaq” adlı veriliş efirə gedib.

Verilişdə baş nazir Nikol Paşinyanın Ermənistanı siyasi ambisiya qurbanına və regionda “sözəbaxan dövlətə” çevirmək istəyindən bəhs olunub.

Politoloqlar Arman Abovyan, Arutyun Mkrtçyan, Artur Xaçikyan, sosioloq Karen Sarkisyan, eks vitse-spiker Eduard Şarmazanov, hərbi ekspert Ayk Nahapetyan, sabiq səfir Edqar Kazaryan, “Hayastan” fraksiyasından olan deputat Artur Xaçatryan və “Mülki müqavilə” partiyasından deputat Anuş Kloyanın sözlərinə görə, Paşinyan seçkiqabağı regionçuluq oyununu işə salıb: “Paşinyan Ermənistanı sözəbaxan dövlətə çevirmək istəyir. Bu gün Qarabağda sülh, dirçəliş var, amma biz yoxuq. Paşinyan hamımızı kölə etməyə çalışır. Ermənistanın gələcəyi Tehran və Moskvadan asılıdır. 2025-ci ildə nikolizm qalsa, Ermənistandan heç nə qalmayacaq. Azərbaycanlılar Ermənistana qayıtmalı və biz 60 milyard dollar təzminat ödəməliyik. Paşinyan qaçacaq, insanlar onun ailə üzvlərini tapıb qisas alacaqlar. Bu gün Paşinyan üçün bütün yollar ancaq Moskvaya aparır. Artıq Zəngəzurun bəzi əraziləri Azərbaycana verilib, amma bunu gizlədirlər. Fransa daha bizi dəstəkləmir, soyqırımını unutmağımızı istəyir. Rəsmi London Bakı ilə hərbi-strateji əlaqələr yaradır. Qərbin müttəfiqləri Azərbaycan, Türkiyə və İsraildir. Hakimiyyət Ermənistanı türk vilayətinə çevirmək istəyir. Ermənistan Koçaryanı və Sarkisyanı Azərbaycan tərəfinə təhvil verəcək. Azərbaycanın bütün tələbləri nəzərə alınıb. Ermənistanın nə güclü ordusu, diplomatiyası, nə də iqtisadiyyatı var. Ermənistan ancaq Azərbaycanla sülhdən sonra firavan ola bilər. Ermənistanda Qarabağdan kanalizasiya borularını oğurlayan generallar olub”.

Verilişdə həmçinin erməni sakinlərinin bəzi fikirlərinə də yer verilir: “Biz heç vaxt müharibə istəmirdik. Müharibəni biz yox, Serj və Koçik istəyirdi. Biz erməni liderlərinə tüpürmək istəyirik. Dünyada 10 milyonluq erməni arasında bu 4 “türkdən” başqa kişi yoxdur?! Bizi əvvəl kor, quldur, oğru idarə etdi, indi də narkomanlar idarə edir. Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv