Trampdan rüsumlarla bağlı qalmaqallı açıqlama: “Bəzi ölkələr razılaşma üçün ətəyimdən öpürlər”

Trampdan rüsumlarla bağlı qalmaqallı açıqlama: “Bəzi ölkələr razılaşma üçün ətəyimdən öpürlər”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Konqresin Milli Respublikaçılar Komitəsinin donor tədbirində ticarət rüsumlarına dair cəsarətli bəyanatla çıxış edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Mirror” nəşri yazıb.

Məlumata görə, Tramp bildirib ki, yeni ticarət siyasətinin işə salınmasından sonra bəzi ölkələr onunla danışıqlara başlamaq uçub növbəyə düzülürlər.

Tramp rüsumlarla bağlı hazırkı vəziyyətə toxunaraq, bunu “yaxşı” və “əfsanəvi vəziyyət” adlandırıb.

“Bu ölkələr mənə zəng edir, ətəyimdən öpürlər… onlar razılaşma əldə etmək arzusu ilə yanırlar… Xahiş edirəm, lütfən, cənab, razılaşmanı imzalayın. Mən hər şeyi edərəm”, – deyə Donald Tramp bildirib.

Ağ Ev də təsdiqləyib ki, Tramp rüsumları daha yaxşı ticarət razılaşmalarının əldə edilməsi üçün danışıqlar vasitəsi kimi nəzərdən keçirir.

Həmçinin Ağ Evin mətbuat katibi Karolin Levitt Tramp ilə tarif danışıqlarına potensial olaraq vasitəçilik edən digər ölkələrə qarşı açıqlıq nümayiş etdirib.

“Bizə ən yaxşı təklifinizi verin və o, qulaq asacaq”, – deyə Levitt qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv