Hakim yarım milyonluq qızıla görə tutulanlara “yox” dedi

Hakim yarım milyonluq qızıla görə tutulanlara “yox” dedi






presstv

"Presstv"az #Aviareys, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Beynəlxalq Hava Limanı, #Cinayət işi, #Heydər Əliyev, #İstanbul, #Qaçaqmalçılıq, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

presstvaz “Qafqazinfo”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün ilk iclas keçirilib.

Mirzəliyev vətəndaş Səfər Səfərovla birgə ittiham olunur. İstintaq materiallarında yazılıb ki, onlar əlbir olaraq sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriblər.

Hazırlıq iclasında Əfsər Mirzəliyevin vəkili Hikmət Əliyev müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb. Müdafiəçi vəsatətini şəxsin bəlli yaşayış yerinin olması, məhkəmənin gedişatına maneə yaratmayacağı ilə əsaslandırıb.

Nigar İmanovanın sədrlik etdiyi məhkəmə şəxsin həbsinin davamına qərar verib.

Baxış iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv