Superkompüter UEFA Çempionlar Liqasının qalibi olacaq komandanı açıqladı

Superkompüter UEFA Çempionlar Liqasının qalibi olacaq komandanı açıqladı






presstv

"Presstv"az #"Real Madrid", #Avropa, #Bavariya, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Arsenal”ın UEFA Çempionlar Liqasının qalibi olacağı gözlənilir. Onun turniri qazanmaq şansı 28.4 faizə bərabərdir.

presstvaz “Opta”ya istinadən xəbər verir ki, “Arsenal” indi kubok qaldırmaq üçün favorit hesab olunur. Mikel Artetanın komandası indi simulyasiyaların yarısından çoxunda (54.2%) finala çıxır. Analitiklər “İnter”in də şansını yüksək qiymətləndiriblər.

“Bavariya” üzərində 2:1 hesablı qələbəsi sayəsində “İnter” üçüncü favorit mövqeyinə yüksəlib və 21.1% şansa malikdir, “Barselona” isə 22.4%-lə ikinci yerdədir.

“Topçular”ın darmadağın etdiyi “Real Madrid”in Avropanın ali klub turnirini qazanma şansı cəmi 1.1 faizdir. Təhlilçilər xatırladıblar ki, “Kral” klubu heç vaxt 3:0 hesablı ilk oyun məğlubiyyətindən sonra geridönüş edə bilməyib.

Qeyd edək ki, model hər matçın nəticəsinin (qələbə, heç-heçə və ya məğlubiyyət) ehtimalını mərc bazarının əmsallarından və “Opta Power Rankings”dən istifadə edərək hesablayır. Əmsallar və reytinqlər komandaların tarixi və son dövrlərdəki çıxışlarına əsaslanır. Hər komanda üçün yekun proqnoz əldə etmək məqsədilə yarışın bütövlükdə 10 000 dəfə simulyasiyası aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv