Bakıda qeyri-adi cinayət – Gözləri görməyən şəxs qətl törədib

Bakıda qeyri-adi cinayət – Gözləri görməyən şəxs qətl törədib






presstv

"Presstv"az #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Hadisə, #Hakim, #Qaradağ rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, görmə məhdudiyyətli kişi adam öldürüb.

Hadisə bir müddət əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, 43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə araşdırılacaq.

Gözdən əlil şəxsin cinayəti necə törətdiyi və hadisənin motivi məhkəmə istintaqı ilə məlum olacaq.

Qeyd edək ki, Qulu Abbasov barəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv