Myanmanın keçmiş gözəllik kraliçasının fədakarlığı: Zəlzələ zamanı özünü uşağa qurban verdi

Myanmanın keçmiş gözəllik kraliçasının fədakarlığı: Zəlzələ zamanı özünü uşağa qurban verdi






presstv

"Presstv"az #Çin, #Güclü zəlzələ, #Tailand, #Təbii fəlakət, #Yeraltı təkanlar, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Myanmanın Mandalay şəhərini sarsıdan güclü zəlzələ zamanı ölənlər arasında “Miss Turizm Myanma” titulunun sahibi 28 yaşlı Sili Mi də var.

presstvaz-ın məlumatına görə, bu barədə “Need To Know” (NTK) portalı müsabiqənin təşkilatçılarının nümayəndəsinə istinadən xəbər verir.

Qadının “Sky Villa” yaşayış kompleksinin dağılan 12 mərtəbəli binasından bir uşağı xilas etməyə çalışarkən həlak olduğu vurğulanıb.

Faciənin şahidləri bildiriblər ki, Sili Mi heç düşünmədən təhlükədə olan uşağa kömək etmək üçün irəli atılıb. O, binaya daxil olmağa macal tapıb, lakin həmin anda bina uçaraq qadını dağıntılar altında qoyub. Sili Minin cəsədi xilasedicilər tərəfindən dağıntıların təmizlənməsi zamanı aşkar edilib.

2017-ci ildə inşa edilmiş “Sky Villa” yaşayış kompleksi Mandalayda ən müasir və prestijli binalardan biri hesab olunurdu. Onun damında şəhərin ən böyük barı yerləşirdi, kompleksin ərazisində isə idman zalı olub.

Sili Mi 2018-ci ildə “Miss Turizm Myanma” titulunun ilk sahibi olub və ölkəsini “Miss Turizm Dünyası” beynəlxalq müsabiqəsində təmsil edib.

Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand meteorologiya departamentinin məlumatına görə, onun maqnitudası 7.9 gücündə olub. Son məlumatlara görə, Myanmada güclü zəlzələdə ölənlərin sayı 3 600-ə çatıb, 5 000-dən çox insan xəsarət alıb.

Təbii fəlakət Tailanda da təsir edib, yeraltı təkanlar Çin və Vyetnamda hiss olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv