Delfinlərlə bağlı alimləri uzun illərdir düşündürən sirrin cavabı tapıldı

Delfinlərlə bağlı alimləri uzun illərdir düşündürən sirrin cavabı tapıldı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Delfinlər, #Hadisə, #Hindistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2013-cü ildə ABŞ-nin Florida ştatındakı Hindistan çayı laqununda faciə baş verib: afalinaların (burunlu delfinlərin) populyasiyasının 8 faizi məhv oub. Beynəlxalq alim qrupu çoxillik araşdırmalardan sonra bu fəlakətin səbəbini tapıblar.

presstvaz-ın məlumatına görə, tədqiqat “Frontiers in Marine Science” (FMS) jurnalında dərc edilib.

Bildirilir ki, delfinlərin kütləvi ölümünə səbəb fitoplanktonun çiçəklənməsi nəticəsində ekosistemin pozulması olub.

Fitoplankton – suyun üst qatında yaşayan və dənizlərdə, okeanlarda qida zəncirinin əsasını təşkil edən mikroskopik yosunlardır. Mülayim miqdarda onlar oksigen istehsal edərək və kiçik dəniz orqanizmləri üçün qida olaraq ekosistemin saxlanmasında mühüm rol oynayır. Lakin fitoplanktonun həddindən artıq böyüməsi dəniz bitkilərinin məhvi və bütün sistemin balansının pozulması kimi fəlakətli nəticələrə səbəb ola bilər.

“Biz delfinlərin ölümünü və zəifləməsini qida rasionunun dəyişməsindən sonra enerji istehlakının azalmasında görürük. Qida rasionundakı dəyişiklikləri isə fitoplanktonun intensiv və uzunmüddətli çiçəklənməsi nəticəsində məhv olan dəniz otları və yosunların yox olması ilə əlaqələndiririk”, – deyə alimlər bildiriblər.

Müşahidələrə görə, 2013-cü ildə delfinlərin 64 faizi zəifləyibmiş. Onların 5 faizi son dərəcə ağır vəziyyətdə olub, ölənlərin ümumi sayı isə 77 fərd təşkil edib. Bu hadisə qeyri-adi kütləvi ölüm kimi təsnif edilib.

Alimlər vurğulayıblar ki, fitoplanktonun çiçəklənməsi ekosistemin təbii hissəsidir, lakin insan fəaliyyəti nəticəsində qida maddələrinin həddindən artıq daxil olması ilə əlaqədar olduqda dağıdıcı olur.

“Bu cür ekoloji fəlakətlərin qarşısını almaq üçün gübrələrin, çirkab sularının və digər çirkləndiricilərin su sistemlərinə daxil olmasını nəzarətdə saxlamaq lazımdır”, – deyə ekspertlər bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv