BDU-da məzun kitabçası NARAZILIĞI: “Öz fotoqrafımıza şəkil çəkdirməyə icazə vermirlər”

BDU-da məzun kitabçası NARAZILIĞI: “Öz fotoqrafımıza şəkil çəkdirməyə icazə vermirlər”






presstv

"Presstv"az #Bakı, #Bakı Dövlət Universitetini, #Kitab

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Dövlət Universitetinin tələbələri məzun çəkilişi ilə bağlı narazılıq ediblər.

presstvaz Oxu.Az-a istinadən xəbər verir ki, tələbələrin narazılığına səbəb məzun şəkillərini məhz universitet fotoqrafına çəkdirmək tələbidir.

“Biz məzun kitabçası üçün fotoqrafla danışmışıq. Sonradan bizə deyilib ki, yalnız universitetin təyin etdiyi fotoqrafa şəkil çəkdirə bilərik. Dəfələrlə etiraz etsək də, müsbət cavab ala bilmədik. Belə olan halda isə danışdığımız fotoqrafa verdiyimiz behimiz batacaq. Əlavə ödəniş etməklə ürəyimiz istəməyən fotoqrafa şəkil çəkdirmək məcburiyyətindəyik”, – deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı BDU-nun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, hələ məzun çəkilişləri başlamayıb.

“Məzunlar “Məzun günü” çəkilişlərini öz arzularına uyğun olaraq universitetlə yanaşı şəhərin müxtəlif yerlərində aparırlar. Universitet ərazisində məzun günü çəkilişlərinin aparılması üçün şərait yaradılır”,- deyə məlumatda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv