Azərbaycan-İran sərhədində Araz çayının sahilində yol salınır

Azərbaycan-İran sərhədində Araz çayının sahilində yol salınır






presstv

"Presstv"az #Araz çayı, #Avto, #Azərbaycan, #Azərbaycan-İran sərhədi, #Bakı, #İran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan-İran sərhədində Araz çayının sahilində yol salınır.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “Nasr news” nəşri xəbər verib.

Bildirilir ki, son iki ildə Zəngəzur avtomobil yolunun tikintisinin müzakirəsi ilə bağlı İran hökuməti, nəhayət, Azərbaycanla müqaviləyə əsasən, Bakı-Ağbənd-Kəlalə-Culfa avtomobil yolunun tezliklə tikilməsinə dair razılığa gəlib.

Mənbə ekspertlərin müşahidələri və Azərbaycan mediasının açıqlamalarına istinadla bildirib ki, Azərbaycan xeyli maliyyə vəsaiti ayırmaqla öz ərazisində bu layihənin 60 faizdən çoxunu İranın Kəlalə keçidinə qədər tamamlayıb, hətta körpü və terminalın tikintisini də uğurla bitirib.

“Sözügedən terminal İranın Kəlalə və Azərbaycanın Ağbənd qəsəbələri arasında 19 hektar ərazidə tikiləcək. Azərbaycan terminalın tikintisindən əlavə hətta bu mühüm yol tikintisi layihəsinin əhəmiyyətli hissəsinin asfaltlanmasına da başlayıb.

Amma İranın Kəlalədən Naxçıvan sərhədinə qədərki hissəsi 107 kilometrə yaxındır. Tikilməkdə olan bu yolun iki ayrı zolaqda eni təxminən 14 metrdir. Yolun çəkilişini keçən ilin noyabr ayından etibarən “Xatəmül-Ənbiya” qərargahının “Aşura” şirkəti həyata keçirir.

Dərc olunan sənədlərə əsasən, İran və Azərbaycan arasında bu bölgədə dəmir yolu xətti olmadığı üçün Şərqi Azərbaycan əyalətində Arazın cənub sahillərində 53 kilometrlik dəmir yolu xəttinin tikilməsi qərara alınıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv