Onlar 3 gün işləyəcək

Onlar 3 gün işləyəcək






presstv

"Presstv"az #Hindistan, #Microsoft, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bill Qeyts qatıldığı bir proqramda süni intellektin gələcəyin iş rejiminə necə təsir edəcəyi barədə mühüm fikirlər səsləndirib.

presstvaz xəbər verir ki, “Microsoft”un təsisçilərindən biri olan Bill Qeyts süni intellektin iş həyatında inqilabi dəyişikliklər yarada biləcəyini və qarşıdakı on il ərzində insanların yalnız həftədə iki və ya üç gün işləyəcəyi dövrə keçəcəyini bildirib.

Məşhur gecə proqramı “The Tonight Show Starring Jimmy Fallon”da qonaq olan Bill Qeyts süni intellekt sahəsindəki sürətli inkişafların xüsusilə səhiyyə və təhsil kimi sahələrdə ciddi dönüşlərə yol açacağını qeyd edib.

“Süni intellekt bir çox işi öz üzərinə götürəcək”

Bill Qeyts “Gələcəkdə işlər necə olacaq? Həftədə sadəcə iki ya da üç günmü işləməliyik?” sualına cavab olaraq belə deyib: “Artıq bir çox işin insanlar tərəfindən yerinə yetirilməsinə ehtiyac qalmayacaq”.

Xatırladaq ki, Bill Qeyts daha əvvəl də süni intellektin yaratdığı məhsuldarlıq artımlarının zamanla üçgünlük iş sisteminə keçidi mümkün edə biləcəyini vurğulamışdı.

Lakin Bill Qeytsin bu baxışının əksi olaraq, uzun iş saatlarının normal sayıldığı Hindistan kimi ölkələrdə bu fikir məntiqli qarşılanmaya bilər. Məsələn, “Infosys”in qurucusu Narayana Murti və “Larsen & Toubro”nun rəhbəri SN Subrahmanyan iqtisadi artımı təşviq etmək məqsədilə gələcəkdə daha çox işləməyin zəruri olduğunu düşünürlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv