Azərbaycanda aktyorlara hücum OLDU: Önləm üçün bığlarını qırxdılar

Azərbaycanda aktyorlara hücum OLDU: Önləm üçün bığlarını qırxdılar






presstv

"Presstv"az #Aktyor, #Azərbaycan, #Bakı, #Buzovna qəsəbəsi, #Hadisə, #Planet, #Xəzər rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Etirazlardan sonra “Ayıq sürücü” filmində dəyişikliklər edilib, ekran işindən Bakının Xəzər rayonu, Buzovna qəsəbəsinin adı çıxarılıb və yeni versiyası yayımlanıb”.

presstvaz xəbər verir ki, bunu “Teleqraf”a açıqlamasında filmin ssenari müəllifi Əli Ucal deyib.

Onun sözlərinə görə, “Ayıq sürücü”nü çəkərkən kimisə təhqir etmək niyyətləri olmayıb, amma oradakı bəzi fikirlər Buzovna sakinlərinin narazılığına səbəb olub. Ə.Ucal bildirib ki, filmi ərsəyə gətirən heyət təhqir edilib, təhdidlərlə üzləşib:

“Ötən gün axşam saatlarında “Koroğlu” metrosunun qarşısında filmdə iştirak edən iki aktyora (Rasəf Mehdiyev və Səmimi Fərhad) hücum olub. Bir qrup şəxs onların yolunu kəsərək, filmdə Buzovna qəsəbəsinin, xüsusilə də orada yaşayan qadınların təhqir olunduğunu iddia ediblər. “Siz bizi, qəsəbəmizi və qadınlarımızı təhqir etmisiniz, buna görə cavab verəcəksiniz” deyərək təhdid ediblər.

Yaxınlıqda olan vətəndaşların müdaxiləsi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb və aktyorlar hadisə yerindən uzaqlaşdırılıblar. Bu insidentdən sonra aktyorlar həyatlarını qorumaq və təhlükəsizlik məqsədilə xarici görünüşlərini dəyişdiriblər – bığ və saqqallarını qırxıblar”.

Ə.Ucal söyləyib ki, hadisədən sonra yaradıcı heyət filmdə dəyişiklik etmək qərarına gəlib:

“Bu addım, “Ayıq sürücü”də iştirak edən şəxslərin – ssenarist, rejissor və aktyorların həyatına yarana biləcək təhlükələrin qarşısını almaq məqsədi daşıyır. Nəticə olaraq, filmin ilkin versiyası “YouTube” platformasından silinib, Buzovna ilə bağlı səhnələr tamamilə çıxarılıb. Yeni versiyada hadisələr Azərbaycanda yox, uydurma bir planetdə baş verir. Buzovna qəsəbəsi isə mövcud olmayan, abstrakt bir yaşayış məntəqəsi ilə əvəzlənib”.

Ssenarist vurğulayıb ki, filmin yeni versiyasında bəzi səhnələrdə səslə bağlı xırda texniki qüsurlar mövcuddur: “Bu nöqsanlar texniki səbəblərlə bağlıdır və yaradıcı heyətdən asılı deyil. Əminəm ki, dəyərli izləyicilərimiz bu cür halların bizdən qaynaqlanmadığını anlayırlar. Yenə də bizdən asılı olmayan səbəblərə görə üzr istəyirik”.

Xatırladaq ki, “Ayıq sürücü” filmində “Xala Buzovnada qalır” ifadəsi Buzovna sakinləri tərəfindən təhqir kimi qiymətləndirilib. Sakinlər Buzovna qəsəbəsinin adının və küçənin filmdən çıxarılmasını tələb ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv