Azarkeşlərlə dalaşan “Turan Tovuz”un futbolçusu üzr istədi

Azarkeşlərlə dalaşan “Turan Tovuz”un futbolçusu üzr istədi






presstv

"Presstv"az #Azərbaycan, #Futbol, #Münaqişə, #Premyer Liqası, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Söyüş söyənləri, təhqir edənləri çıxmaq şərtilə, əsl azarkeşlərimizdən üzr istəyirəm. Kənardan səhv başa düşüldüyüm üçün üzrlü hesab etsinlər”.

presstvaz xəbər verir ki, bu sözləri “Teleqraf”a açıqlamasında “Turan Tovuz”un futbolçusu Veysəl Rzayev Azərbaycan Premyer Liqasının XXIX turunda səfərdə “Səbail”lə 0:0 hesablı heç-heçədən sonra azarkeşlərlə yaşadığı münaqişə barədə danışarkən deyib.

23 yaşlı müdafiəçisi davanın səbəbini belə izah edib: “Oraya yaxınlaşmağıma səbəb, sadəcə, azarkeşlərə təşəkkür etmək idi. Başqa bir fikrim yox idi. Lakin gördüm ki, ora çox səs-küylüdür. Dedim nə olub, nədir problem? Qayıdıb dedilər, problem sənsən, sizsiniz, oyun satırsınız. Üstəlik, təhqir etdilər. Ona görə emosiyalarımı idarə edə bilmədim. Özümdən çıxdım”.

Qeyd edək ki, “Turan Tovuz” hazırda 44 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv