Sahibə Qafarova Daşkənddə Azərbaycanın sosial siyasətdəki nailiyyətləri haqqında məlumat verib

Sahibə Qafarova Daşkənddə Azərbaycanın sosial siyasətdəki nailiyyətləri haqqında məlumat verib






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Milli Məclis, #Minimum əməkhaqqı, #Özbəkistan, #Sahibə Qafarova

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında Azərbaycanın sosial siyasət sahəsində əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib.

presstvaz xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, hökumətimizin yanaşmasına əsasən, güclü iqtisadi baza sosial siyasətin daha effektiv həyata keçirilməsinə imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial ədalət prinsipləri bizim üçün hər zaman önəmli olub.

Sahibə Qafarovanın sözlərinə görə, bu siyasətin mühüm nailiyyətləri sırasında işsizlik və yoxsulluq səviyyəsinin 5.5 faizə endirilməsi var. O deyib ki, son beş ildə qəbul olunmuş dörd sosial islahat paketi əhalinin 40 faizini əhatə edib – minimum əməkhaqqı 2.7 dəfə, əməkhaqqı fondu 2.6 dəfə, sosial müavinət və pensiya ödənişləri isə 5 dəfə artırılıb: “Bu gün hökumətimiz milli inkişaf strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırıb. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş milli inkişaf prioritetindən biri kimi təsbit edib”.

Milli Məclisin sədri həmçinin bildirib ki, sosial inkişafın ümumi çərçivəsi Konstitusiyamızla müəyyən olunub. “Bu yanaşmaya uyğun olaraq, parlamentimiz sosial inkişafın müxtəlif sahələrini əhatə edən əsas qanunları qəbul edib. Mövcud qanunlara dəyişikliklərin edilməsi də daim diqqət mərkəzindədir, çünki qanunvericilik dinamik və davamlı inkişaf edən bir prosesdir”, – S.Qafarova bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv