“Formula-1” üzrə Yaponiya Qran-prisinin qalibi müəyyənləşdi

“Formula-1” üzrə Yaponiya Qran-prisinin qalibi müəyyənləşdi






presstv

"Presstv"az #Avstraliya, #Avto, #Formula-1, #Niderland, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Maks Ferstappen “Formula-1” üzrə Yaponiya Qran-prisinin qalibi olub.

presstvaz xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu “Suzuka” avtodromunda keçirilmiş yarışda finiş xəttinə birinci çatıb.

“Formula-1” üzrə dünya çempionatının üçüncü mərhələsində ikinci yeri “McLaren”in britaniyalı pilotu Lando Norris tutub. İlk üçlüyü isə onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.

L.Norris şəxsi hesabda 62 xalla liderdir, ikinci və üçüncü yerləri müvafiq olaraq, M.Ferstappen (61 xal) və O.Piastri (49 xal) tuturlar.

Konstruktorlar kubokunda isə ilk üçlük aşağıdakı kimidir: “McLaren” (111 xal), “Mercedes” (75 xal) və “Red Bull” (61 xal).

Dünya çempionatının dördüncü mərhələsi aprelin 11-13-də Bəhreyndə keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv