Xətai rayonunda Aprel döyüşlərinin şəhidlərinin xatirəsi anılıb

Xətai rayonunda Aprel döyüşlərinin şəhidlərinin xatirəsi anılıb






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Ailə, #Azərbaycan, #Azərbaycan Ordusu, #Hakim, #İlham Əliyev, #Milli Məclis, #Müharibə, #Şuşa, #Vətən müharibəsi, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aprel döyüşlərinin 9-cu ildönümü ilə əlaqədar Xətai rayonunda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası təşkil olunub və ehsan süfrəsi açılıb.

Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, rayon ağsaqqalları, şəhid ailələri, qazilər iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. İcra başçısı Rafiq Quluyev qeyd edib ki, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdı və Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi. Xalqımız həm Aprel döyüşlərində, həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü il 24 saatlıq sentyabr əməliyyatlarında Ordumuzun, Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Bu birlik bizim iradəmizi, əzmimizi sarsılmaz etdi, gücləndirdi. Bu gün Xankəndidə, Şuşada, Xocalıda və azad olunmuş bütün ərazilərimizdə üçrəngli şanlı bayrağımız qələbəmizin rəmzi olaraq qürurla dalğalanır. Lələtəpədən başlanan Zəfər yürüşümüz tarixi Şuşa qalasında, Xankəndidə qələbə ilə başa çatdı. Bu Azərbaycan tarixinin ən şanlı və qürurlu tarixidir.

Təşkil olunan ağacəkmə aksiyasında rayonun Gənclik parkında şam ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv