Rusiyada deputatı parçalayan pələng güllələndi

Rusiyada deputatı parçalayan pələng güllələndi






presstv

"Presstv"az #Hadisə, #Meşə, #Münaqişə, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Primorye bölgəsində insana hücum edən Amur pələngi “Udeqey əfsanəsi” milli parkının ərazisində güllələnib.

presstvaz-ın məlumatına görə, bu barədə qurumun “Telegram” kanalının məlumatından məlum olub.

Bildirilib ki, yırtıcının tutulması üzrə xüsusi əməliyyat zamanı heyvan parkın dövlət müfəttişinə hücum edib. Əməkdaş özünü müdafiə edərək silahdan istifadə edib ki, bu da heyvanın ölümünə səbəb olub. Eyni pələng daha əvvəl, martın 11-də Primorye meşə təsərrüfatının Roşinski filialının işçisinin ölümünə səbəb olub.

Ortayaşlı erkək kimi müəyyən edilən pələng uzun müddət parkda və qonşu ov sahələrində yaşayıb, insanlara qarşı aqressiya göstərməyib.

Lakin onun insana hücumundan sonra, tutulmasına icazə alındıqda, mütəxəssislər pələngin normal ov etməsinə mane olan ciddi zədələrin izlərini aşkar ediblər. Heyvanın ölümdən sonrakı müayinəsi həmcinsləri və ya şikarı ilə təbii münaqişələr üçün xarakterik olmayan köhnə yaraların mövcudluğunu təsdiqləyib.

Milli parkda ehtimal edirlər ki, məhz bu zədələr heyvanın faciəyə səbəb olan qeyri-adi davranışını təhrik edib.

Yırtıcının cəsədi baş verənlərin şəraitini dəqiqləşdirmək üçün ekspertizaya göndərilib.

Qeyd edilib ki, güllələnmə hadisəsi haqqında məlumat gecikmə ilə – yalnız bütün zəruri prosedurlar başa çatdıqdan sonra dərc olunub.

Xatırladaq ki, martın 11-də Rusiyanın Primorye vilayətinin şimalında pələng meşəbəyiyə hücum edib. Məlumata görə, 55 yaşlı Andrey adlı kişi qolu qopmuş vəziyyətdə, ölü olaraq tapılıb. Həmçinin onun kənd deputatı olduğu üzə çıxıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv