Şöbə müdiri: “2026-cı ilə qədər süni intellektin tətbiqi ilə bağlı agentlik hədəflər müəyyən edib”

Şöbə müdiri: “2026-cı ilə qədər süni intellektin tətbiqi ilə bağlı agentlik hədəflər müəyyən edib”






presstv

"Presstv"az #ASAN xidmət, #Avto, #Azərbaycan, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2024-2026-cı illər üzrə süni intellekt strategiyası hazırlanıb.

presstvaz xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Murad Fətullayev “ASAN xidmət”in publik data portalının təqdimatında deyib.

O bildirib ki, son 10-15 ildə aparılan rəqəmsallaşmanın dövlət qurumlarında tətbiqi proseslərdə böyük ölçüdə data toplanılmasına imkan verir:

“2010-cu ilə qədər kəşf olunan problem həlləri ilə 2010-cu ildən sonrakı proqram həlləri arasında çox böyük fərq var.

Qurumlar data ilə bağlı dilemma qarşısındadır. Qurum istəsə də, istəməsə də böyük data toplayır. Buna görə də o istəyərsə, dataya etinasız yanaşa bilər, hansı ki, bu, gəlir qazanılmasına mənfi təsir edə bilər, ya da datanı maksimum dəyərləndirəcək”.

Murad Fətullayev qeyd edib ki, 2026-cı ilə qədər süni intellektin tətbiqi ilə bağlı agentlik hədəflər müəyyən edib:

“Gündəlik qeydə alınan nöqsanların süni intellekt tərəfindən avtomatik aşkarlanması 2026-cı ilə qədər müəyyən edilmiş hədəflərdəndir”.

O, agentliyin fəaliyyət istiqamətində tətbiq etdiyi süni intellekt həlləri barəsində də məlumat verib:

“108” çağrı mərkəzində səsli botlar tətbiq olunur. Bu botlar qeyri-iş saatlarında müraciətləri avtomatik cavablayır. İş saatlarında isə bəzi müraciətləri avtomatik cavablayır. Bir digər yenilik isə interaktiv analitik alətdir. Bu zəng keyfiyyətini ölçür”.

M.Fətullayev, həmçinin 2024-2026-cı işlər üzrə süni intellekt strategiyasının strateji məqsədləri barədə də məlumat verib:

“Bu məqsədlər əlverişli mühitin qurulması, xidmət proseslərinin avtomatlaşdırılması, “ASAN xidmət” mərkəzlərinin moderinləşdirilməsi, süni intellektin təşviqidir. 2025-2027-ci illər üzrə data idarəetmə strategiyasının yaradılmasındakı strateji məqsədlərə data keyfiyyətini idarəetmə sistemi, data repozitoriyasının yaradılması, data məxfiliyi çərçivəsinin yaradılması, data istifadənin tam liberallaşdırılması və s. aiddir”.

Aygün Mirakif


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv