ABŞ-də qılıncoynadan qadın idmançı transseksual rəqibi ilə döyüşməkdən imtina etdi

ABŞ-də qılıncoynadan qadın idmançı transseksual rəqibi ilə döyüşməkdən imtina etdi






presstv

"Presstv"az #ABŞ, #Boks, #Donald Tramp, #Hakim, #Livan, #Paris, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-li qılıncoynadan Stefani Terner transseksual rəqibi ilə yarışmaqdan imtina etdiyi üçün diskvalifikasiya olunub.

presstvaz-ın xəbərinə görə, bu barədə “The New York Post” nəşri məlumat verib.

Məlumata görə, döyüşə girmək əvəzinə Stefani Terner maskasını çıxarıb və bioloji kişi olan Redmond Sallivan ilə döyüşməkdən imtina əlaməti kimi diz çöküb. Referi kobud şəkildə qaydaları pozduğuna və idmana xas olmayan hərəkətinə görə qızı diskvalifikasiya edib.

“Mən diz çökəndə hakimə baxdım və dedim ki, bağışlayın, mən bunu edə bilmərəm. Mən qadınam, bu isə kişidir və bu, qadın turniridir”, – deyə idmançı qız bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp transseksualların ölkənin qadın turnirlərində iştirakını qadağan edən sərəncam imzalamışdı.

Transseksual idmançılarla bağlı ilk qalmaqallar isə Parisdə keçirilən Olimpiya Oyunları zamanı baş vermişdi. Bioloji kişi olan İmam Xəlifin qalib gəldiyi qadın boks turniri xüsusi rezonans doğurmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv