VAR otağında mərc saytına baxan hakim cəzalandırılacaq

VAR otağında mərc saytına baxan hakim cəzalandırılacaq






presstv

"Presstv"az #Bolqarıstan, #Çin, #Futbol, #Hadisə, #Hakim, #Smartfon, #Sofiya, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bolqarıstan çempionatında mümkün danışılmış oyunlarla bağlı səs-küylü qalmaqal yaranıb.

presstvaz “Voxnews”a istinadən xəbər verir ki, hadisə 27-ci turun ÇSKA (Sofiya) – “Lokomotiv Sofiya” matçından (1:0) yaşanıb.

Yayım kameraları izləyicilər arasında hiddət dalğasına səbəb olan anı lentə alıb. Ənənəyə görə, start fitindən əvvəl yayım bir neçə saniyəlik VAR otağına keçirilib və burada azarkeşlərin diqqətini hakimlərin işi deyil, texniki heyətdən birinin hərəkəti cəlb edib. Videoassistentlərə xidmət göstərən operator öz smartfonunda mərc saytını gəzərkən görüntülənib. Kadrlarda VAR-ın hakimləri Volen Çinkov və Stoyan Arsovun monitorlarda işlədiyi, onların həmkarının isə əlində məşhur mərc platformasının açıq səhifəsi olan telefonu olduğu görünür. O, kadrda olduğunu anlayanda özünü itirib. Səhvini anlayan operator dərhal telefonu gizlədib.

Video dərhal sosial şəbəkələrdə yayılaraq tənqid atəşinə tutulub. Azarkeşlər mümkün saxtakarlıqdan şübhələnib və hakimliyin obyektivliyindən şikayətləniblər.

Qeyd edək ki, Bolqarıstan Futbol Federasiyasının rəsmiləri isə həmin hakimi cəzalandıracaqlarını bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv