“İldırım” təşkilatı haqqında sənədli film: Repressiya qurbanlarının övladları DANIŞDILAR

“İldırım” təşkilatı haqqında sənədli film: Repressiya qurbanlarının övladları DANIŞDILAR






presstv

"Presstv"az #Bakı, #Bakı Dövlət Universitetini, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən ilin noyabr ayında Baku TV komandası “İldırım” təşkilatı haqqında sənədli film hazırlayıb.

Repressiyanın tüğyan etdiyi illərdə belə bir təşkilatın qurulması vətən sevgisinin ancaq çox yüksək həddə olduğu insanlarla mümkün idi. Zamanla sayları 8 nəfərə çatan bu təşkilatın üzvləri Bakı Dövlət Universitetinin tələbələri idi.

Bu yaxınlarda “Siyasi repressiya qurbanları” muzeyində “İldırımçı”lara həsr olunmuş guşənin yaradılması təqdirəlayiq addımdır. Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən muzeydə “İldırımçı”lar haqqında məlumatlar və sənədlər yer alır.

Repressiya qurbanlarının övladları sözügedən muzey haqqında təəssüratlarını Baku TV ilə bölüşüblər.

“İldırım” təşkilatının üzvlərindən olan Hacı Zeynalovun qızı Məhfuzə Zeynalovanın sözlərinə görə, 1937-38-ci illərdə repressiyaya məruz qalanların çoxu məhz bu zirzəmilərdə, bu məkanlarda saxlanılırdı:

“Mənim atam da bu zindanda saxlanılıb. Atam danışardı ki, oktyabrda onu tutub bura gətirdilər. Noyabr ayında artıq bir aydan çox idi ki, bu zirzəmidə dustaq idi. O, Üzeyir bəyin musiqisinin sədalarını eşitdi. Başa düşdü ki, Üzeyir bəy rəhmətə gedib. Axşam bu barədə soruşanda atama bunu necə öyrəndiyini deyiblər. Onu həmin gecə çox incitdilər. Həqiqətən də, Üzeyir bəy o gün dəfn edilirdi. Musiqi sədaları isə bu zirzəmilərə də çatmışdı”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv