Avropa ABŞ rüsumlarına cavab hazırlayır: “Nəticələr dünyanın bütün ölkələri üçün fəlakətli olacaq”

Avropa ABŞ rüsumlarına cavab hazırlayır: “Nəticələr dünyanın bütün ölkələri üçün fəlakətli olacaq”






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Avropa Komissiyası, #Azərbaycan, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ABŞ-nin tətbiq etdiyi yeni ticarət rüsumlarına qarşı konkret cavab tədbirləri elan etməsə də, ABŞ Prezidenti Donald Trampı onların ləğvi barədə danışıqlar aparmağa çağırıb. Lakin o, belə məsləhətləşmələrin uğursuzluqla nəticələnəcəyi təqdirdə Avropa İttifaqının (Aİ) əks tədbirlər görəcəyini vəd edib.

presstvaz-ın məlumatına görə bu barədə o, xüsusi video müraciətində bəyan edib.

“Biz ABŞ ilə ticarət maneələrinin ləğvi barədə danışıqlara çağırırıq. Lakin fəaliyyətə hazırıq: İlk cavab tədbirləri paketinin hazırlanması mərhələsi yekunlaşmaq üzrədir və danışıqlar uğursuz olarsa, bu tədbirlər dərhal tətbiq ediləcək”, – deyə fon der Lyayen bildirib.

O, Trampın qərarından dərin təəssüf hissi keçirdiyini vurğulayıb.

“Dünya iqtisadiyyatı ciddi əziyyət çəkəcək, nəticələr dünyanın bütün ölkələri üçün fəlakətli olacaq və ən həssas əhali təbəqələrinə güclü zərbə vuracaq”, – deyə o bəyan edib.

Avropa Komissiyasının sədri cəmiyyəti birliyə və Avropa istehsalçılarının müdafiəsinə çağırıb.

Xatırladaq ki, Tramp xeyli sayda ölkəyə rüsumlar tətbiq edib, siyahıda Azərbaycan da var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv