Aİ nümayəndələri Ağdamda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar

Aİ nümayəndələri Ağdamda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #Emin Hüseynov, #Füzuli, #Gürcüstan, #İlham Əliyev, #Məcburi köçkün, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə baş katibinin müavini Saymon Mordu, Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, bölmə rəhbəri Dorota Dlouchy, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko və digər qonaqlar Ağdam rayonunda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.

presstvaz xəbər verir ki, Avropalı qonaqlar əvvəlcə Sarıcalı kəndinə gəliblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Sarıcalı kəndində aparılan tikinti işləri haqqında məlumat verib. Bildirilib ki, Ağdam rayonunda tikintisi həyata keçirilən yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir. Birinci mərhələ üzrə kənddə 203 fərdi ev, həmçinin təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr inşa edilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Kəndə keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib.

Nümayəndə heyəti sonra Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olub. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Aqil Əzizov bildirib ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə bölgədə əhalinin məşğulluğunun təmin olunmasıdır.

Ağdam Sənaye Parkında indiyədək 28 sahibkarlıq subyekti rezident, 5 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə olunub. Sənaye parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib.

Avropalı qonaqlar sonra Ağdam şəhərində aparılan bərpa və yenidənqurma işləri haqqında məlumatlandırılıb, Ağdam Cümə məscidində olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv