Mediasiya neçə boşanmaq istəyən ailəni BARIŞDIRIB?

Mediasiya neçə boşanmaq istəyən ailəni BARIŞDIRIB?






presstv

"Presstv"az #Ailə, #Məişət zorakılığı, #Psixoloq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mediasiya Şurası yaranandan ölkədə mediasiyanın ancaq barışdırıcı mövqedə olması haqqında təsəvvürlər yaranıb. Bəzi insanlar düşünürlər ki, mediasiya şurasının, mediatorların işi yalnız boşanmaya qərar vermiş tərəfləri barışdırmaqdan ibarətdir. Əslində isə mediasiya yuxarıda da qeyd olunduğu kimi, daha çox tərəflər arasında mübahisəli məsələləri həll etmək məqsədi daşıyır.

Bəs mediasiya nə qədər mübahisəli məsələləri həll edib? Nə qədər ailələrin barışmasına səbəb olub?

presstvaz xəbər verir ki, bu barədə Bizim.media-ya danışan “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib ki, Mediasiya Şurasının yaradılmasının məqsədi ondan ibarət idi ki, məhkəmə prosesinin işini yüngülləşdirsin:

“Yəni məhkəməyə qədər olan proses mediasiyada həll olunsun. Məhkəmədən öncə müəyyən proseslər var, alimentin təyini, mülk məsələləri və s. bunlar hamısı mediasiya yolu ilə həll olunmalıdır. Elə olur ki, orada həll olunmur və işlər yenidən məhkəməyə göndərilir. Boşanma qərarı veriləndə olur ki, o ailədə məişət zorakılığı, böyük konfliktlər olub, ailədə körpü tamamilə yanıb, bunu yenidən bərpa eləmək mümkün deyil”.

O, bildirib ki, ailədə məişət zorakılığı baş veribsə, o ailəni barışdırmaq doğru addım deyil:

“Qanunvericilkdə var ki, əgər boşanmaya gələn şəxslər arasında, həmin ailədə məişət zorakılığı faktı varsa, orada barışdırıcı mövqe ola bilməz. İndiyə qədər ölkəmizdə barışdırıcı mövqe ən öndə dururdu. Lakin qadın ölümlərinin sayının və məişət zorakılığı faktlarının artması artıq belə bir qərarın verilməsinə səbəb olub. Yəni ailədə məişət zorakılığı faktı varsa, o ailədə barışdırıcı mövqeyə yol verilmir.

Mediasiyadan çox müsbət hallar gözləyirdik. Əslində məqsəd də elə o olub ki, boşanmaların, mülki davaların sayı az olacaq, yəni bir növ məhkəmədən öncə barışdırıcı mövqe tapacaqlar. Təəssüf olsun ki, bu say məsələsində bir irəliləyiş yoxdur”.

Zenfira Mustafayeva bildirib ki, əgər tərəflər arasında ciddi mübahisələr yoxdursa, barışıq əldə oluna bilər:

“Mediasiya zamanı hər iki tərəflə söhbət aparılır, hər iki tərəf dindirilir, əgər doğrudan da ailədə böyük bir problem yoxdursa, barışdırıcı mövqe ola bilər. Mediatorların arasında psixoloqlar da var. Onlarla söhbət aparılır və onlar elə oradaca barışma qərarı verirlər. Yəni tərəfləri məcbur barışdırmaq mümkün deyil və məqsəd də o deyil”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv