Tailandda zəlzələdən daha bir görüntü: 25-ci mərtəbədə olan insanların qorxu dolu anları

Tailandda zəlzələdən daha bir görüntü: 25-ci mərtəbədə olan insanların qorxu dolu anları






presstv

"Presstv"az #Çin, #Güclü zəlzələ, #Tailand, #Yeraltı təkanlar, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Episentri Myanmada olan güclü zəlzələnin hiss edildiyi Tailandın Banqkok şəhərində yeraltı təkanlarla bağlı daha bir görüntü paylaşılıb. Kadrlar çoxmərtəbəli binada çəkilib. Video bir qrup inisanın həyatları uğrunda mübarizəsini göstərir. Bina çatlamağa və divar parçaları uçmağa başlayanda işçilər 25-ci mərtəbədə olublar.

presstvaz-ın verdiyi məlumata görə, video fəhlələrdən birinin telefonu ilə çəkilib.

Dramatik videoda ətraflarında beton və suvaq parçaları tökülən zaman bina sakinlərinin və fəhlələrin tələsik və panika içində pilləkənlərlə endikləri görünür. Bəziləri qırıntılardan xəsarət almaqdan güclə qurtulurlar. Qışqırıqlar və sakitliyə çağırışlar eşidilir.

Xoşbəxtlikdən, bina davam gətirib və bütün insanlar təhlükəsiz şəkildə təxliyə olunublar.

Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, zəlzələnin maqnitudası 7.9 bal təşkil edib. Zəlzələdən, həmçinin Tailand zərər çəkib, təkanlar Çin və Vyetnamda da hiss edilib. Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı bazar günü 18 nəfərə çatıb, 76 nəfər isə itkin düşmüş hesab edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv