Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ






presstv

"Presstv"az #Avto, #avtobus, #Bakı, #Binəqədi rayonu, #Uşaq bağçası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

presstvaz fondun məlumatına istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Qeyd edək ki, yaşayış sahələri çoxmənzilli bina kompleksində yerləşir və yüksəkkeyfiyyətli tikinti materialları ilə müasir dizaynda təmir edilib. Mənzillər elektrik enerjisi, qaz və su ilə tam təchiz olunub. Kompleks geniş həyətyanı sahəyə və yeraltı qaraja malikdir. Həyətyanı sahədə sakinlərin istirahəti üçün şərait yaradılıb, müxtəlif idman qurğuları, uşaq oyun meydançası quraşdırılıb. Ərazidə uşaq bağçası və məktəb mövcuddur. Metronun “Dərnəgül” stansiyasından 50 metrlik məsafədə yerləşən kompleksin yaxınlığında, həmçinin avtobus dayanacağı və digər zəruri infrastruktur mövcuddur.

Yeni mənzillər vətəndaşların seçimi üçün 08 aprel 2025-ci ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı İKZF-nin rəsmi internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi “YouTube” kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv