Donald Tramp bir ildə sərvətini iki dəfə artırıb

Donald Tramp bir ildə sərvətini iki dəfə artırıb






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Dollar, #Donald Tramp, #Kriptovalyuta, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp öz sərvətini 2024-cü ildəki 2,3 milyard dollardan 2025-ci ildə 5,1 milyard dollara qədər artırıb.

presstvaz-ın xəbərinə görə, bu barədə ABŞ-nin “Forbes” jurnalı dünyanın ən varlı adamlarının 39-cu reytinqinə əsasən məlumat verib.

Jurnalın fikrincə, çox az milyarderə Donald Tramp qədər yaxşı il keçirmək qismət olub və təkcə ona görə yox ki, o, yenidən prezident seçilib, həmçinin kriptovalyutaya çox sərfəli investisiya qoymaqla Ağ Evə qayıtmazdan əvvəl pulqabısını doldurub.

Donald Trampın sərvətinin əsas hissəsi daşınmaz əmlak təşkil edir. O, həmçinin qolf meydançalarına, dəbdəbəli malikanələrə, şərab zavoduna, eləcə də “Trump Force One” kimi tanınan 1991-ci il buraxılışlı “Boeing 757-200” təyyarəsinə sahibdir.

Jurnalın siyahısına ümumi sərvəti rekord 16,1 trilyon dollar təşkil edən 3 000-dən çox insan daxil edilib. “Forbes”un qeyd etdiyi kimi, ilk dəfə üç nəfər 200 milyard dollardan çox sərvətə sahibdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv