Ukraynada seçkilərin təxirə salınması üçün qanunvericilikdə dəyişikliklər planlaşdırılır

Ukraynada seçkilərin təxirə salınması üçün qanunvericilikdə dəyişikliklər planlaşdırılır






presstv

"Presstv"az #Hakim, #Müharibə, #Münaqişə, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna rəhbərliyi münaqişənin dayandırılması və hərbi vəziyyətin ləğvindən sonra parlament və prezident seçkilərinin təxirə salınması üçün ölkə qanunvericiliyinə dəyişikliklər etməyi planlaşdırır.

presstvaz-ın TASS-a istinadən məlumatına görə, bunu Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Bir gün əvvəl Ukrayna MSK-nın sədri Oleq Didenko hakimiyyətin seçkiləri təxirə salmaq üçün qanunvericiliyə dəyişikliklər etmək niyyətində olduğunu bildirmişdi. Mövcud qanuna görə, parlament və prezident seçkiləri hərbi vəziyyətin ləğvindən sonra bir ay ərzində elan edilməlidir. Lakin ölkə rəhbərliyi seçkilərin keçirilməsini hazırlıq prosesinə daha çox vaxt lazım olacağı bəhanəsi ilə təxirə salmaq niyyətindədir.

“Bu baxımdan, şübhəsiz ki, müharibədən sonrakı dövr üçün bütün qanunvericilik, normativ baza hazırlanır, çünki hərbi vəziyyət ləğv edilən kimi 60 gün ərzində seçkilər keçirilməlidir və burada cənab Didenko tamamilə haqlıdır – qanunlara bir sıra dəyişikliklər edilməlidir və əlbəttə ki, bu, parlament vasitəsilə ediləcək. Bu, kifayət qədər uzun bir prosedurdur, bütün hüquqi parametrlərin və s. dəqiqləşdirilməsi lazımdır”, – deyə Podolyak bildirib.

Ofis rəhbərinin müşaviri hesab edir ki, hərbi vəziyyətin ləğvindən sonra seçkilərə hazırlıq altı aya qədər vaxt apara bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv