Telefon, planşet və kompüter şüası görmə zəifliyi yaradır?

Telefon, planşet və kompüter şüası görmə zəifliyi yaradır?






presstv

"Presstv"az #Günəş, #Həkim, #Körpə, #oftalmoloq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Telefon, planşet, kompüter şüası görmə zəifliyi yaradır”.

presstvaz xəbər verir ki, bu fikirləri “93 FM” dalğasında yayımlanan “Sağlam radio”da oftalmoloq Nərmin Əbilova açıqlayıb.

Onun sözlərinə görə, göz anatomik olaraq hərəkət üçün yaranıb və daim hər tərəfə hərəkət etməlidir:

“Uzun müddət kompüterə baxanda, gözün buynuz qişası quruyur və nəticədə bir sıra problemlər meydana çıxmağa başlayır. Gözü gün işığından keyfiyyətli, kompüterdən parıltıya qarşı (antiblik) eynəklər taxmaqla qorumaq lazımdır ki, günəşdən və kompüter işığından gələn şüalar tor qişanı yandırmasın. 0-2 yas arası uşaqlarda telefon istifadəsi tövsiyə edilmir. 2-5 yaş arası uşaqlar gündə 1 saatdan artıq istifadə etməməlidirlər. 6 yaş və yuxarı uşaqlarda isə gündə 2 saatdan çox telefon istifadəsi məsləhət görülmür. Hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr məsafədə yerləsən obyektə baxmaq məsləhətdir. Telefon gözdən 30-40 sm, planşet və kompüter isə gözdən 50-70 sm məsafədə tutulmalıdır. Bu əsas qaydalara əməl olunarsa, uşaqlarda görmə zəifliyinin qarşısını almaq olar”.

Oftalmoloq bildirib ki, 1-2 saat ara vermədən kompüter qarşısında oturmaq olmaz:

“Fasilələr edərək, gün ərzində ümumilikdə 2 saata kimi məşğul olmaq olar. Yəni yarım saatdan bir fasilə vermək və bu zaman göz məşqi etmək lazımdır. Üsul isə çox sadədir, fasilə zamanı açıq havada, eyvanda uzaq məsafəyə gözü yumub-açaraq baxmaq lazımdır”.

Həmçinin Nərmin Əbilovanın sözlərinə görə, anadangəlmə səbəblərə anadangəlmə katarakta, anadangəlmə qlaukoma, vaxtından əvvəl doğulmuşların retinopatiyası, mikroftalm və s. aiddir:

“Bu xəstəliklər körpələrdə ciddi görmə zəifliklərinə səbəb olur. Körpələrdə rast gəlinən digər görmə zəifliklərinə miopiya, hipermetropiya, astiqmatizm aiddir. Miopiya (yaxındangörmə) gözün oxunun uzun olması və ya korneanın güclü işıq sındırması ilə əlaqədardır. Miopiya erkən yaşlarda, hətta körpə 6 aylıq olandan müayinə olunub, korreksiya edilə bilər. Hipermetropiya gözün ön arxa oxunun qısa olması və ya buynuz qişanın zəif işıq sındırması ilə əlaqədardır”.

Oftalmoloq qeyd edib ki, uşaqlarda çəpgözlük və ambliopiya olarsa, hipermetropiya erkən korreksiya edilməlidir:

“Astiqmatizm buynuz qişasının sferikliyinin pozulması nəticəsində yaranan patologiyadır. Erkən müalicə ambliopiyanın qarşısını alır. Körpə uşaqlarda ən çox rast gələn göz problemlərindən biri də çəpgözlükdür. 6 ayından sonra uşaqda çəplik müşahidə olunarsa, ixtisaslı həkim tərəfindən müayinə olunmalıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv