Avropada yaşayan azərbaycanlılar Haaqada etiraz aksiyası keçiriblər

Avropada yaşayan azərbaycanlılar Haaqada etiraz aksiyası keçiriblər






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Ermənistan, #Hadisə, #Hakim, #Müharibə, #Müharibə cinayətləri, #Niderland, #Xocalı soyqırımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropada yaşayan azərbaycanlılar Haaqadakı Sülh və Ədalət Sarayının qarşısında ədalət çağırışı ilə etiraz aksiyası keçiriblər.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, onlar son vaxtlar Avropa və Niderland parlamentlərində ölkəmizə qarşı qərəzli münasibətə etiraz olaraq, Sülh və Ədalət Sarayının qarşısında yürüş və etiraz nümayişinə çıxıblar. Soydaşlarımız “Sülh və Ədalət paytaxtı” olan Haaqanı ədalətə çağırıblar. Aksiya iştirakçıları ermənilərin vəhşiliyini əks etdirən Xocalı soyqırımı, eləcə də əsrin əvvəlində azərbaycanlılara qarşı törədilən 31 Mart soyqırımı qurbanlarının ədalətə layiq olduqlarını bəyan ediblər.

Xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyini əks etdirən nümayişdə “Etnik təmizləmə qurbanı olan günahsız azərbaycanlılara ədalət!”, “Ədalət və məsuliyyət uğrunda birləşin!”, “Cəzasızlıq ədalətsizliyi artırır!”, “Erməni hərbi cinayətkarlarının cəzasız qalmasına son qoyulsun!”, “Cəzasızlığı dayandırın, məsuliyyətə başlayın!”, “Müharibə cinayətlərinə görə cəzasızlığa artıq dözmək olmaz!”, “Zülmə son qoy, həqiqəti söylə!”, “Bu günün məsuliyyəti – sabahın cinayətinə son qoyur!”, “İnsanlıq üçün hərəkət edin, təcavüzə qarşı çıxın!”, “Ermənistan, hərbi cinayətkarları müdafiə etməyin, onları mühakimə edin!”, “Ədalət üçün ayağa qalx!”, “Azərbaycan üçün həqiqət, hamı üçün ədalət!”, “Bütün dünyada tanınan Azərbaycanın haqqı!”, “Ədalət, sülh və həqiqət üçün birlikdə!”, “Beynəlxalq ədalətə qayıdaq!”, “İkili standartlara son qoyaq!”, “Mirotvorets” siyahısına görə Ruben Vardanyana rəhm edilmir” kimi şüarlar səsləndirilib, Avropanın ikili standartlara son qoymasına çağırış edilib.

Avropada yaşayan soydaşlarımız tarixin müxtəlif dövrlərində ermənilərin xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımı aktları törətdiklərini xatırladıblar. Onlar ermənilərin cinayət əməllərinin miqyasına və nəticələrinə nəzər saldıqda, bu soyqırımı aktlarının beynəlxalq hüququn normaları ilə təsbit olunmuş konvensiyalara əsasən, eləcə də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı və bəşəriyyət əleyhinə cinayət olduğunu bildiriblər.

Nümayişçilər 1918-ci il martın 31-də – 107 il əvvəl ermənilərin azərbaycanlılara qarşı törətdikləri hadisələrin soyqırımı kimi tanınmasını tələb ediblər.

Etirazçılar Ermənistanın minaların xəritəsini verməkdən imtina etməklə Cenevrə konvensiyalarını kobud şəkildə pozduğunu vurğulayıblar.

Onlar “Mina qurbanı olan azərbaycanlıların əzabına son qoyulsun!”, “Günahsız azərbaycanlıları erməni minalarından qoruyaq!”, “Minasız dünya üçün ayağa qalxaq!”, “Minalar gizli qatillərdir, minalara yox deyin!”, “Ermənistan, minalanmış ərazilərin xəritəsini Azərbaycanla paylaş!” şüarları ilə Sülh və Ədalət Sarayını bu haqsızlığa son qoymağa səsləyiblər. Erməni minalarının hələ də günahsız insanları öldürməkdə olduğu diqqətə çatdırılıb.

Soydaşlarımız Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılar üçün də ədalət çağırışı ediblər. İtkin azərbaycanlıların tapılmasına ümidin itmədiyini deyib və эdalət məhkəməsi qarşısında “İtkin düşmüş azərbaycanlıların tapılmasına kömək edin, onlar unudulmur!”, “Hər dəqiqə önəmlidir: bilmək hüququna riayət edilməlidir!”, “Hər bir itkin şəxs önəmlidir!”, “Ermənistan, kütləvi məzarlığa dair məlumatı Azərbaycanla paylaşın” şüarları səsləndiriblər. Məhkəməyə əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlıların taleyi ilə bağlı onların yaxınlarının hüquqları xatırladılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv