Əziz Ələkbərli: “Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar”

Əziz Ələkbərli: “Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar”






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Azərbaycan, #Ermənistan, #Əziz Ələkbərli, #Fransa, #Milli Məclis, #Müharibə, #Münaqişə, #Rusiya, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dünyanın ABŞ, Rusiya və Fransa kimi nəhəng ölkələrinin və ən böyük beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi bir problemi Azərbaycan öz gücü ilə 44 gündə həll edəndən sonra çoxlarının maskası yırtıldı və əsl siması ortaya çıxdı. Məlum oldu ki, həm Ermənistan, həm də Azərbaycan tərəfdən milyonlarla insanın əzab-əziyyəti, onminlərlə insanın ölümü, şikəstliyi ilə nəticələnən bu münaqişəyə səbəb olan da, 30 il ərzində onun bitməyini istəməyən də və bu gün bölgəni yenidən müharibə meydanına çevirməyə çalışan da elə həmin dövlətlər, həmin təşkilatlar və onların yerlərdəki əlaltılarıdır”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli deyib. O bildirib ki, dünənə qədər bunu siyasətlə edənlər 44 günlük müharibədən sonra artıq bunu açıq şəkildə edirlər:

“ABŞ-nin, Qərbin imperialist təfəkkürlü ölkələri, siyasətçiləri və təşkilatları, bu 30 ildə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilməmiş kimi, Azərbaycanın bir milyon insanı yurd-yuvasından qovulmamış kimi, işğal altında olan yüzlərlə kənd və şəhərimiz ermənilər tərəfindən yer üzündən silinməmiş kimi, minlərlə tarixi-mədəni abidəmiz ermənilər tərəfindən məhv edilməmiş kimi, utanmadan, qızarmadan qalxıb-qalxıb Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar. Ermənistanı öz imperialist maraqlarına alət edənlər, erməni xalqını bu yolda zəlil, erməni zehniyyətini əlil edənlər birdəfəlik anlamalıdırlar ki, Şərqi Avropada və Yaxın Şərqdə oynadıqları oyunlara Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarnı toxdur. Biz 30 ildə kimin kim olduğunu gördük”.

“Bu günlərdə mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən ABŞ-nin Dini Azadlıq Komissiyasına xatırlatmaq istərdik ki, belə bir missiyanın öz dini tolerantlığı ilə dünyaya örnək olan Azərbaycana deyil, etnik və dini mənsubiyyətinə – azərbaycanlı və müsəlman olduğuna görə Qərbi Azərbaycandakı ata-baba yurdlarından sonuncu nəfərinə qədər qovulub çıxarılan indiki Ermənistana göndərmək lazımdır. Və “Dini Azadlıq” pərdəsi arxasında gizlənmiş bu qurum yaxşı olar ki, hesabat verəndə son 35 il ərzində indiki Ermənistanda dağıdılmış 300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədə də hesabat versin”, – deyə Ə.Ələkbərli qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv