Ermənistan KTMT-yə ödənişlərdən İMTİNA ETDİ

Ermənistan KTMT-yə ödənişlərdən İMTİNA ETDİ






presstv

"Presstv"az #Ermənistan, #İrəvan, #Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), #Nikol Paşinyan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) büdcəsinə illik ödənişlərlə bağlı ölkənin mövqeyini şərh edib.

presstvaz Oxu.az-a istinadən bildirir ki,  nazirlik erməni KİV-lərinin rəsmi sorğusuna cavab olaraq İrəvanın müvafiq sənədi imzalamama qərarı barədə təşkilatın katibliyinə məlumat verdiyini təsdiqləyib.

“Ermənistan tərəfi KTMT katibliyinə rəsmi olaraq “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina etdiyi barədə məlumat verib”, – deyə XİN-dən bildirilib.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bəyan etmişdi ki, əgər Ermənistan 2025-ci ilin sonuna qədər ödənişi etməsə, KTMT üzv dövlətləri vəziyyətin inkişafının müxtəlif ssenarilərini nəzərdən keçirə bilərlər.

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl dəfələrlə ölkənin KTMT fəaliyyətində iştirakını dayandırdığını bəyan etmişdi. O, sentyabrda təşkilatı Ermənistan üçün “təhlükəsizlik təhdidi” kimi xarakterizə etmiş və onunla münasibətlərdə geri dönüş nöqtəsinin artıq keçildiyini bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv