Boneyrli nümayəndə: “Niderlandın yürütdüyü siyasət dini və mədəni dəyərlərimizi təhdid edir”

Boneyrli nümayəndə: “Niderlandın yürütdüyü siyasət dini və mədəni dəyərlərimizi təhdid edir”






presstv

"Presstv"az #Bakı, #Niderland

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Niderlandın yürütdüyü siyasət Boneyrin dini və mədəni dəyərlərini təhdid edir, fundamental insan hüquqlarını pozur və müstəmləkə təzyiqini gücləndirir”.

presstvaz xəbər verir ki, bu barədə “Pueblo Progresivo Uni”nin (Boneyr) katibi Robert Striks Bakıda keçirilən “Kolonializm: milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransda danışıb.

“Boneyr əhalisinin təxminən 80 faizi xristiandır və yerli mədəniyyət bu dəyərlər üzərində qurulub. Lakin Niderland hökumətinin qəbul etdiyi qanunlar adanın ənənəvi dəyərləri ilə ziddiyyət təşkil edir”, – o bildirib.

R.Striks vurğulayıb ki, müstəmləkə təzyiqinə baxmayaraq, Bonayr sakinləri mədəniyyətlərinin, dini inanclarının və öz müqəddəratını təyin etmək hüquqlarını müdafiə edəcəklər:

“Biz istədiyimiz kimi yaşamaq hüququmuz uğrunda mübarizə apararaq buna bütün mümkün vasitələrlə nail olmağa çalışacağıq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv